Açma

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva instant quru maya 11q.

6 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

4,5 su stəkanı un (500 q)
1 qəhvə fincanı şəkər (50 q)
1 çay qaşığı duz (10 q)
Marqarin(50 q)
1 paket Yuva 11q Instant quru maya
2 su stəkanı su (38-40°C) (300 q)
Üzərinə çəkmək üçün:
1 ədəd çırpılmış yumurta
Çörəkotu və ya küncüd
Püf nöqtəsi:
Otaq temperaturunda yumşalmış marqarın (50 q) (hər açma arasında 1 çay qaşığı əlavə edilə bilər)
*İstifadə etdiyiniz hər bir məhsulun otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Geniş qabda xəmir tərkibi məhsullarını eyni tərkibli və yumşaq xəmir olana qədər yoğurun.
Xəmirdən qozdan böyük hissələr ayırıb yumrulayın.
Bezeləri 5 dəqiqəlik kənara qoyun.
Hər bezenin üzərini əlinizlə sıxın, üzərinə 1 çay qaşığı yumşalmış marqarın yayaraq xəmiri yayın.
Rulet şəklində bükün, buraraq simit şəkli verin.
Yağlanmış tavaya düzün.
Üzərinə nəm dəsmal örtərək otaq temperaturunda (28-30°C) şişənədək (1 saat) gözləyin.
Üzərilərinə çırpılmış yumurta sürtün, küncüd və ya çörəkotu səpin.
Öncədən isidilmiş 180-190 °C-lik sobada 15-20 dəqiqə bişirin.

Наабай ачыткысы