Badambura

Your Yuva helper for this recipe:

Recipes popup image

Xəmir üçün:
- 2 çay qaşığı "Yuva Aktiv Quru Maya"
- 2 stəkan süd
- 3 yemək qaşığı şəkər
- 3 ədəd yumurta
- 150 qr kərə yağı
- 0.5 stəkan duru yağ
- 2 yemək qaşığı xama
- 1 çimdik duz
- Un (apardığı qədər)  

Arası üçün:
- əridilmiş kərə yağ  

İç üçün:
- 400 qr badam
- 350 qr şəkər tozu
- hil, vanil

1- Mayanı xəmir üçün istifadə edəcəyiniz ilıq süddə həll edib 10 dəqiqə saxlayın.
2- Daha sonra yağ, yumurta, südlü maya və xəmirə gedəcək qalan ərzaqları əlavə edib, yumuşaq xəmir yoğurun.
3- Xəmiri acıması üçün isti yerdə 1-2 saat saxlayın. Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz.
4- İçlik üçün badam ləpəsini çəkərək üzərinə şəkər tozu və hil əlavə edib, qarışdırın.
5- Acımış xəmirdən yumurtadan 2 dəfə böyük ölçüdə 16 ədəd kündə tuturuq və 10 dəqiqə gözlədirik.
6- Kündələri 8-8 olmaqla iki dəfəyə bişirin.
7- Daha sonra kündələri sıra ilə yayın, aralarına yağ çəkərək üst-üstə yığın.
8- 2 barmaq enində lentlər kəsin. Hər lenti rulet kimi büküb, 5 dəqiqə gözləyin.
9- Sonra əlimizlə kündəni dairəvi formada açın. İçliyi yerləşdirib ağzını bükün.
10- Soba qabına düzüb, 160-180 dərəcə istilikli sobada üzərini çox qızartmamaq şərti ilə bişirin.
11- Son olaraq üzərinə şəkər pudrası səpin. 





Наабай ачыткысы