Bananlı Piroq

Your Yuva helper for this recipe:

Recipes popup image

• 1.5 su stəkanı un
• 1 desert qaşığı “Yuva” Aktiv Quru Maya”       
• 0.5 çay stəkanı süd
• 1 desert qaşığı şəkər
• 1 ədəd yumurta
• 4 yemək qaşığı kərə yağı
• 0.5 çay qaşığı duz

İçlik üçün:
• 5 ədəd yumurta
• 1 çay stəkanı şəkər + 2 yemək qaşığı şəkər
• 0.5 su stəkanı un 
• 1 paket vanil
• 0.5 çay qaşığı duz

Karamel üçün: 
• 2.5 su stəkanı süd 
• 8 ədəd banan
• 2 yemək qaşığı kərə yağı
• 1 su stəkanı şəkər pudrası

1- Mayanı xəmir üçün istifadə edəcəyiniz ilıq süddə həll edib 10 dəqiqə saxlayın.
2- Un, maya, süd, şəkər, yumurta, kiçik hissələrə ayrılmış kərə yağı və duzu qarışdırıb, yoğurun. Homogen, üstü parlaq və ələ yapışmayan xəmir əldə edənədək yoğurmağa davam edin.
3- Xəmiri nərdənə ilə açın. Yağlanmış və unlanmış piroq qəlibinə xəmiri yayın və çəngəl batıraraq bir neçə yerini deşin və 30 dəqiqə gözlədin.
4- 2 ədəd yumurta sarısı və 1 çay  stəkanı şəkəri ağ bir köpük alınana qədər çalın. Unu və 1 yumurta əlavə edib, qarışımı krem formasına gətirin.
5- Süd, vanil və duzu qaynadıb, qarışdıraraq kremə əlavə edin. Orta dərəcəli odda qaynadın. İçinə əvvəldən əzilmiş 4 ədəd banan əlavə edin.
6- Qalan bananları dilimləyin. Kərə yağı və şəkəri bir tavada karamelizə olana qədər bişirin. 
7- Hazırladığınız kremi, xəmirin üstünə əlavə edin. Karamelli banan dilimlərini kremin üstünə əlavə edin.
8- 4 ədəd yumurtanın ağını və şəkər pudrasını mikserlə çalın və bir qaşıqla piroqun üstünə yayın.
9- Əvvəldən 200 °C-də qızdırılmış sobada, təxminən 20 dəqiqə bişirin.





Наабай ачыткысы