Brioş

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva aktiv quru maya 100q.

8 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

1 yemək qaşığı Yuva Aktiv quru maya (10 g )
4 su stəkanı un (440 q)
1 çay qaşığı duz (9 q)
1 qəhvə fincanı şəkər (50 q)
Margarin (140q)
3 ədəd yumurta
1 qəhvə fincanı süd (60 ml)
*İstifadə etdiyiniz hər bir ərzağın otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Un, duz, şəkər tozu, yağ və yumurtaları bir kasada qarışdırın.
Südü maya ilə qarışdırın və qarışığı kasaya tökün.
Xəmiri içindəki ərzaqlar tam şəkildə yedirilənədək spatula ilə qarışdırın və oxlov ilə yoğurun.
Xəmiri top şəklinə salın, kasaya geri qoyun və dəsmal ilə üzərini örtün.
Xəmiri ilıq yerdə 90 dəqiqə dinlənməsi üçün kənara qoyun.
Top şəklində xəmiri 3 bərabər hissəyə bölün və üstü qapalı şəkildə 10 dəqiqə dinlənməsi üçün kənara qoyun.
3 rulet şəklinə gətirin və soba falqası üzərinə yerləşdirin, üstü qapalı 2 saat dinlənməsi üçün kənara qoyun.
Xəmir toplarını öncədən isidilmiş 180°C'lik sobaya qoyun və 30 dəqiqə bişirin.





Наабай ачыткысы