Çi̇çək Poğaça

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva instant quru maya 11q.

6 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

1 su stəkanı ilıq süd (200 q)
1 su stəkanı duru yağ (170 q)
1 şüşə mineral su (200 ml)
2 yemək qaşığı toz şəkər (40 q)
1 çay qaşığı duz (10 q)
6 su stəkanı un (660 q)
1 paket Yuva 11g Instant Quru Maya
Üzərinə çəkmək üçün:
1 ədəd yumurta sarısı
Küncüd
Xaşxaş toxumu
Püf nöqtəsi:
Margarin (75 g) (xəmirlərin arasına çəkmək üçün)
*İstifadə etdiyiniz hər bir ərzağın otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Geniş qabda xəmir tərkibi məhsullarını eyni tərkibli və hamar xəmir olana qədər yoğurun.
Xəmirdən 8 ədəd naringi ölçüsündə, 8 ədəd naringi ölçüsündən daha kiçik hissələr ayırıb beze hazırlayın.
Böyük bezeləri azacıq unlanmış taxta üzərində şirniyyat boşqabı böyüklüyündə açın.
Aralarına yumşaq marqarin çəkərək üst-üstə yerləşdirin (son qatına marqarin çəkilmir).
Üzərinə incə sıxaraq yemək boşqabı böyüklüyündə açın, yağlı kağız sərilmiş tavaya yerləşdirin.
Xəmirin kənarlarını bölmədən öncə (+), sonra (x) şəklində kəsərək 8 ədəd üçbucaq hazırlayın.
Üçbucaqların ucundan tutub, ortada boşluq yaranacaq dərəcədə geri çevirin.
Kiçik bezeləri də eyni şəkildə hazırlayın və ilk açılan xəmirin ortasındakı boşluğa yerləşdirin.
Eyni kəsmə işlərini təkrarlayın.
Qalan xəmirdən naringi ölçüsündə beze hazırlayıb, xəmirin ortasındakı boşluğa yerləşdirin və şəkilləndirmə işlərini tamamlayın.
Qalan xəmiri də eyni şəkildə hazırlayıb ilıq şəraitdə 45-50 dəqiqə mayalanması üçün gözləyin.
Üzərinə yumurta sarısı sürtün.
İstəyə görə küncüd, xaşxaş toxumu səpin.
Öncədən isidilmiş 170-180°C’lik sobada üzəri qızaranadək 25-30 dəqiqə bişirin.

Наабай ачыткысы