Ciy börək

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva Asia maya (11g)

6 posiya üçün nəzərdə tutulub
İnqrediyentlər
Xəmir üçün

2 xörək qaşığı Yuva maya (11 g)
5 fincan un (500 g)
2 stəkan su (220 g)
Qatıq (100 g)
1 çay qaşığı duz

İçi üçün
300 g qoyun qiyməsi
1 dənə orta soğan
1 xörək qaşığı qırmızı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı istiot
3-5 budaq cəfəri

Qızartma yağı
500 g/ml bitki yağı

Hazırlanması
1) Bir qabda bütün xəmir üçün nəzərdə tutlan inqrediyentləri qarışdırıb, xəmiri homojen olana qədər yoğurun. Dəsmal ilə örtüb 10 dəqiqə saxlayın.
2) Ayrı bir qabda qoyun qiyməsi, doğranılmış soğan, bibər pastası, duz, istiot və cəfərini yaxşıca qarışdırın.
3) Xəmiri 12 bərabər parçaya bölüb kündələri düzəldin. 10 dəqiqə saxlayın.
4) Oxlov ilə hər bir kündəni dairə formasında açın. Üstünə ətli içliyi qoyub yayın, sonra isə xəmiri örtün.
5) Tavada yağı qızdırın. Xəmirin iki hissəsinidə qızıl rəngə çevirənə qədər qızardın.

Наабай ачыткысы