Your Yuva helper for this recipe:

Recipes popup image

Xəmir üçün:
1 çay qaşığı Yuva Aktiv Quru Maya 
250 ml Süd
100q Şəkər tozu
2 Yumurta
70 q Kərə yağı
1 çay qaşığı Duz
700q Un

İçlik üçün:
50q Kərə yağı
150q Qəhvəyi şəkər
3 çay qaşığı Darçın

Krem üçün:
100q Krem pendir ( Philadelphia, Almetto və ya Labne pendiri)
100q Kərə yağı
100q Şəkər kirşanı

Xəmir üçün:

1- ilıq südün üzərinə bir az şəkər tozu və maya əlavə olunur, maya köpüklənənə qədər 10-15 dəqiqə gözlənir. Sonra yumurtalar ilə qalan şəkər tozu qarışdırılıb əlavə olunur. İlıq əridilmiş kərə yağı əlavə olunur.
2- Un ələkdən keçirilib duz ilə birlikdə bura əlavə edilir və yumşaq xəmir yoğrulur. Xəmir 1-1.5 saat isti yerdə ağzı bağlı şəkildə mayanlandırılır.

İçlik üçün:

1- Darçın, qəhvəyi şəkər tozu ( yoxdursa, ağ şəkər tozu əlavə edə bilərsiniz) və yumşaldılmış kərə yağı qarışdırılır.
2- Xəmir 2 kündəyə ayrılır və düzbucaqlı formada yayılır. Hər tərəfinə darçınlı içlik çəkilir. Rulet kimi bükülür, və 4-6 sm enlikdə kəsilir. 3- Soba üçün qaba kalka kağızı sərib üzərinə bulkalar aralarında bir qədər məsafə olmaqla düzülür .
4- Üzəri örtülüb 20-30 dəq isti yerdə saxlanır.
5- 180-190 dərəcəli sobada 30 dəqiqə bişirilir.

Üzərinin kremi üçün:

1- Yumşaq kərə yağı, krem pendir və şəkər kirşanı mikser ilə qarışdırılır.
2- Bulkalar qaynar yox , bir az soyuduqdan sonra isti-isti üzərinə krem çəkilir.





Наабай ачыткысы