Ərikli Piroq

Your Yuva helper for this recipe:

Recipes popup image

• 1.5 su stəkanı un 
• 0.5 desert qaşığı “Yuva” Aktiv Quru Maya
• 0.5 çay stəkanı süd
• 0.5 çay stəkanı şəkər tozu
• 4 yemək qaşığı kərə yağı  
• 1 ədəd yumurta 
• 1 paket vanil
• 0.5 çay qaşığı duz

İçlik üçün:
• 20 ədəd təzə ərik 

Kremi üçün:
• 0.5 paket kərə yağı
• 0.5 su stəkanı şəkər
• 1 su stəkanı üyüdülmüş badam ləpəsi
• 2 ədəd yumurta

Üstü üçün: 
• 2 yemək qaşığı bal

1- Mayanı ilıq süddə həll edib 10 dəqiqə saxlayın.
2- Un, həll edilmiş maya, ilıq süd, şəkər, kiçik hissələrə ayrılmış kərə yağı, yumurta sarısı, vanil və duzu qarışdırın. Homogen, üstü parlaq və ələ yapışmayan xəmir əldə edənədək yoğurun. Qabarması üçün 20 dəqiqə gözləyin.
3- Xəmiri nərdənə ilə açın. Əvvəldən yağlayıb, unladığınız tart qəlibinə yayın. Çəngəli batıraraq, bir neçə yerini deşin.
4- İçlik üçün ərikləri iki yerə ayırın.
5- Krem üçün, otaq temperaturunda yumuşaldılmış kərə yağı, şəkər və üyüdülmüş badam ləpəsini qarışdırın. Yumurtaları əlavə edib krem kütləsi əldə edənədək çalın. 
6- Kremi xəmirin üstünə əlavə edib, ərikləri arxası üstə düzün. İstəyə görə hər bir ərik parçasının oyuğuna badam ləpəsi qoymaq olar. 
7- Əvvəldən 200-210°C-də qızdırılmış sobada, təxminən 30 dəqiqə bişirin. Üstünə az isidilmiş bal çəkin və soyuq halda süfrəyə verin.





Наабай ачыткысы