Əzilmi̇ş Küncüdlü - Bəhməzli̇ Suxari̇

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva aktiv quru maya 80q.

6 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

4,5 su stəkanı un (500 q)
2 çay qaşığı duz (10 q)
1 çay qaşığı şəkər (8 q)
1 kiçik qəhvə fincanı duru yağ (50 q)
2 çay qaşığı Yuva Aktiv Quru Maya 
2 su stəkanı ilıq su (38-40°C) (340 q)
1 ədəd yumurta ağı
1 çay qaşığı mahlep
İçlik üçün:
Əzilmiş küncüd (100 q)
Bəhməz (100 q)
1 yemək qaşığı qara xaşxaş
Üzərinə çəkmək üçün:
Küncüd
1 ədəd yumurta sarısı
*İstifadə etdiyiniz hər bir məhsulun otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Mayanı bir çay stəkanı ilıq suda əridin və 10 dəqiqə gözləyin.
Geniş qabda xəmir tərkibi məhsullarını qarışdırın və açılmış mayanı da əlavə edərək eyni tərkibli və yumşaq xəmir əldə edənədək yoğurun. 10 dəqiqə gözləyin.
Yağlanmış tavada xəmiri əlinizi duru yağ ilə yağlayaraq açın.
İçinə bol əzilmiş küncüd, bəhməz, xaşxaş qarışımı sürtün, rulet şəklində bükün.
Bıçaqla 2 barmaq genişliyində kəsin, yağlanmış soba tavasına düzün.
Otaq temperaturunda (28-30°C) ikiqat qabarana qədər (40-60 dəqiqə) gözləyin.
Üzərinə yumurta sarısı sürtüb, küncüd səpin.
Öncədən isidilmiş 190-200 °C-lik sobada 20-25 dəqiqə bişirin.

Наабай ачыткысы