Futbol topu şəklində çörək

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva instant quru maya 11q.

MADDƏLƏR
1-ci mərhələ

1 paket Yuva (quru maya) (11q)
2 fincan su (300 ml / 300q)
3 fincan un (300 q)
2-ci mərhələ
6 fincan un (700 q)
2 fincan su (300 ml / 300q)
2 xörək qaşığı yağ (30 q)
1/2 xörək qaşığı duz (13 q)

Hazırlanma qaydası
Çörəyin hazırlanması: 

1-  Xəmirin ilk hissəsini hazırlamaq üçün böyük bir qabda un, su və Saf-instant mayasını qarışdırın
2-  Xəmiri hazırladıqdan sonra qabın üzərini mətbəx dəsmalı ilə örtün və 30 dəqiqə otaq temperaturunda saxlayın
3 - Hazır xəmirin üzərinə digər inqrediyentləri (2-ci mərhələ) əlavə edin
4- Xəmiri hamarlaşanadək yoğurun və 15 dəqiqə də saxlayın 
"Tövsiyələr: xəmir çox quru olduqda o hamarlaşana və yumşalanadək bir qədər su (xörək qaşığı ilə yavaş-yavaş) əlavə edin. Xəmir çox yumşaq olduqda  o hamarlaşana və yumşalanadək bir qədər un (xörək qaşığı ilə yavaş-yavaş) əlavə edin."
5- Xəmiri 12 kündəyə ayırın və bükün
6- Aşağıdakı şəkildə olduğu kimi futbol topu forması vermək üçün xəmirin səthini bıçaqla kəsin. 
7- Kündələri içərisinə yağlı kağız qoyulmuş soba padnosuna düzün.   
8- Kündələr öz ölçüsünün iki qatı həcmində şişənədək onları nəzarətdə saxlayın. Sonra kündələri əvvəlcədən isidilmiş sobada 180°C-220°C-də 15-20 dəqiqə bişirin.   

Наабай ачыткысы