Kəpəkli-qoz ləpəli poğaça

Your Yuva helper for this recipe:

Recipes popup image

• 4 su stəkanı un 
• 3 yemək qaşığı “Yuva” Aktiv Quru Maya
• 0.5 su stəkanı su 
• 1 desert qaşığı duz 
• 1 ədəd yumurta
• 2 yemək qaşığı şəkər                                                             
• 2 yemək qaşığı kəpək
• 1 paket marqarin
• 1 su stəkanı iri doğranmış qoz ləpəsi 

Üstü üçün:
• 1 ədəd yumurta

1- Mayanı xəmir üçün istifadə edəcəyiniz ilıq suda həll edib 10 dəqiqə saxlayın. 
2- Un, həll edilmiş maya, duz, yumurta, şəkər və kəpəyi qarışdırıb, yoğurun. Xəmirin arasına marqarini qoyub, yenidən yoğurun.
3- İri doğranmış qoz ləpəsini də əlavə edib, homogen və yumuşaq bir xəmir əldə edənədək yoğurmağa davam edin. Üstünü nəmli bir dəsmalla örtüb, 20 dəqiqə mayalanmağını gözləyin.
4- Xəmiri 10 bərabər hissəyə ayırın və yağlanmış soba listinə düzün. 
5- Üstünü örtün və otaq temperaturunda, 1.5 saat mayalandırın.
6- Üstünə yumurta sarısı çəkin.
7- Əvvəldən 190-200 °C-də qızdırılmış sobada, üstü qızaranadək, təxminən 30 dəqiqə bişirin.





Наабай ачыткысы