Kişmişli̇ Qizilgül

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva instant quru maya 11q.

6 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

2 su stəkanı un (220 q)
1 yemək qaşığı toz şəkər (20 q)
Marqarin (125 q) (əridilmədən)
1 paket Yuva 11 q Instant Quru Maya
1 ədəd yumurta
1 çay stəkanı süd (su) (115 q)
1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı
1 çimdik duz
Kremi üçün:
1 su stəkanı süd (200 q)
1 çay stəkanı şəkər tozu (100 q)
1/2 çay stəkanı un (32 q)
1 ədəd yumurta
İçlik üçün:
Kişmiş
Ərik qurusu (kiçik doğranacaq)
Damcı şokolad
Üzərinə çəkmək üçün:
1 ədəd yumurta sarısı
*İstifadə etdiyiniz hər bir ərzağın otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Kremi üçün zəruri məhsulları puddinqdən daha qatı hala çatanadək bişirin.
Soyumasını gözləyin.
Geniş qabda xəmir tərkibi məhsullarını qarışdırın, eyni tərkibli, hamar və yumşaq xəmir əldə edənədək yoğurun.
Üzərini nəm dəsmal ilə örtərək 15 dəqiqə gözləyin.
Xəmiri oval şəkildə açaraq üzərinə krem çəkin.
Kişmiş, ərik qurusu (çox kiçik doğranacaq) və damcı şokolad səpin, uzun kənarından rulet hazırlayaraq 3 sm uzunluğunda dilimləyib tavaya dik şəkildə yerləşdirin.
Qabarması üçün otaq temperaturunda 50-60 dəqiqə gözləyin.
Üzərinə yumurta sarısı sürtüb, öncədən isidilmiş 190- 200oC’lik sobada 15-20 dəqiqə bişirin.

Наабай ачыткысы