Your Yuva helper for this recipe:

• 1.5 su stəkanı un
• 0.5 desert qaşığı “Yuva” Aktiv Quru Maya
• 0.5 çay stəkanı süd
• 4 yemək qaşığı kərə yağı
• 0.5 çay stəkanı şəkər tozu + 1 yemək qaşığı şəkər
• 1 ədəd yumurta
• 1 paket vanilin
• 0.5 çay qaşığı duz
İçlik üçün:
• 500 q istəyə görə meyvə qarşığı
• 2 su stəkanı süd
• 3 yemək qaşığı kərə yağı
• 2.5 yemək qaşığı şəkər
• 1 paket vanil
• 3 yemək qaşığı manna
• 2 ədəd yumurta
1) Mayanı ilıq süddə həll edib 10 dəqiqə saxlayın.
2) Un, həll edilmiş maya, kiçik hissələrə ayrılmış kərə yağı, şəkər, yumurta sarısı, vanil və duzu qarışdırın.
3) Homogen, üstü parlaq və ələ yapışmayan xəmir əldə edənədək yoğurun.
4) Xəmiri nərdənə ilə açın.
5) Yağlanmış və unlanmış piroq qəlibinə xəmiri yayın və çəngəl batıraraq bir neçə yerini deşin.
6) İçlik hazırlamaq üçün südü qaynadın.
7) Kərə yağı, şəkər, vanil və mannanı əlavə edib qarışdıraraq, 5 dəqiqə də bişirin və soyudun. (Mannıya az miqdarda meyvə şirəsi əlavə edə bilərsiniz).
8) Çırpılmış yumurtaları əlavə edib qarışdırın.
9) İçliyi piroq xəmirinin üstünə əlavə edin. İstədiyiniz meyvələri soyub, dilimləyin və piroqun üstünə düzün.
10) İstifadə etdiyiniz meyvələr çox şəkərli deyilsə, üstünə şəkər əlavə edə bilərsiniz.
11) Əvvəldən 200°C-də qızdırılmış sobada, təxminən 20 dəqiqə bişirin və soyudun.
