Pəhriz lahmacunu

Your Yuva helper for this recipe:

Recipes popup image

• 2.5 su stəkanı tam buğda unu
• 1.5 su stəkanı un
• 1 çay stəkanı yulaf kəpəyi + 1 yemək qaşığı yulaf kəpəyi
• 1 yemək qaşığı “Yuva” Aktiv Quru Maya
• 2 su stəkanı su

İçlik üçün: 
• 300 q qiymə
• 2 ədə pomidor
• 1 ədəd qırmızı bibər
• 1 ədəd yaşıl bibər
• 0.5 dəstə cəfəri
• 3 diş sarımsaq
• 1 ədəd soğan
• 3 yemək qaşığı marqarin
• 1 yemək qaşığı bibər tomatı
• 1 desert qaşığı duz
• 1 çay qaşığı istiot
• 0.5 çay stəkanı su
 

1- İçlik üçün, qabıqları soyulmuş pomidor, qırmızı bibər, yaşıl bibər, cəfəri, sarımsaq və soğanı xırda-xırda doğrayın. Qiymə, marqarin, bibər tomatı, duz və istiot əlavə edin. Üstünə su əlavə edib, homogen bir forma əldə edənə qədər qarışdırın.
2- Mayanı xəmir üçün istifadə edəcəyiniz ilıq suda həll edib 10 dəqiqə saxlayın. 
3- Tam buğda unu, un, yulaf kəpəyi, həll edilmiş maya və qalan suyu da qarışdıraraq homogen və yumuşaq bir xəmir əldə edənədək yoğurun. Üstünü nəmli bir dəsmalla örtüb, 10 dəqiqə mayalanmağını gözləyin. 
4- Xəmiri 12 bərabər hissəyə bölün və kündələyin. Qabarması üçün 10 dəqiqə gözləyin.
5- Kündənin altını unlayıb nərdənə ilə yayın. Üstünə qıyməli içlikdən yayın. 
6- Yağlı kağız sərilmiş soba listlərinə düzün. Əvvəldən 250°C qızdırılmış sobada, təxminən 6 dəqiqə bişirin.





Наабай ачыткысы