Piroşki (ətli kökələr)

Your Yuva helper for this recipe:

Recipes popup image
1 paket Yuva maya (11q)

Xəmir üçün:
1 paket Yuva maya (11q)
4 fincan un (500q)
½ ç/q duz (5q)
⅓ fincan duru yağ (80ml)  (tərəvəz və ya günəbaxan yağı)
1 fincan ilıq su (250ml / 250q)
İçi üçün:
450q mal əti qiyməsi
2-3 ədəd əzilmiş sarımsaq dişi  
1 ç/q duz (6q)
1 fincan bişmiş düyü (160q) və ya 1 soğan
Bişirmə Ölçüləri:
"x/q" xörək qaşığı deməkdir
"ç/q" çay qaşığı deməkdir

Hazırlanması
Xəmir üçün:

1. Un, maya və duzu böyük bir qabın içərisində qarışdırın.
2. Tərəvəz yağı və su əlavə edin, və bircinsli xəmir alınanadək qarışdırın. 
" Tövsiyə: Xəmir çox quru olduqda onun bircinsli və yumşaq olması üçün bir qədər su əlavə edin (qaşıq-qaşıq). Xəmir çox yumşaq olduqda isə bir qədər su əlavə edin (qaşıq-qaşıq). "
3. Xəmiri yağlayaraq yenidən qaba qoyun, üzərinə dəsmal örtün və şişməsi üçün 30-60 dəqiqə saxlayın. 
İçi üçün:
4. Duru yağı böyük bir tavada isidin və ət, sarımsaq və duz əlavə edərək bişirin. 
5. Daha sonra həmin qarışığı böyük bir qaba tökün və onu bişmiş düyü və ya soğanla qarışdırın. 
6. Xəmir ikiqat şişdikdə onu azca un səpilmiş bir yerə qoyun və yoğurub yumrulayın, və 12 bərabər ölçülü kündəyə ayırın.  
7. Kündələrdən birini götürün və hazırlanmış qarışığı onun ortasına qoyun və kündəni yarıya qatlayın. 
8. Kündəyə aşağıdakı şəkildə göstərildiyi kimi barmaqlarınızla yarım ay forması verin. 
9. Tavanı isidin və kündələri qızılı qəhvəyi rəngə çalanadək 2-3 dəqiqə qızardın. 
10.Qızarmış kündələri tavadan çıxarın və isti qalması üçün onları kağız dəsmalla cərgələyin. 

Tövsiyə: Pirojkini əvvəlcədən isidilmiş sobada 175°C temperaturda 14 dəqiqə bişirin. 

Наабай ачыткысы