Poğaça

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva aktiv quru maya 100q.

6 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

1 yemək qaşığı Yuva Aktiv quru maya (10 g )
4.5   su stəkanı un  (500 q)
2.5 çay stəkanı süd (287 q)
1 çay qaşığı duz (10 q)
2 yemək qaşığı şəkər tozu (40 q)
1 ədəd yumurta
4 yemək qaşığı kərə yağı (80 q)
İçlik üçün:
1 su stəkanı ağ pendir (250 q)
Yarım dəstə cəfəri
Üzərinə çəkmək üçün:
1 ədəd bütöv yumurta və 1 ədəd yumurta sarısı (birlikdə çırpılmış)
*İstifadə etdiyiniz hər bir məhsulun otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Yuva aktiv mayanı süd ilə açın.
Un, maya, şəkər, duz və yumurtanı qarışdırıb yoğurun.
Kərə yağını kiçik parçalara bölüb, xəmirə əlavə edin.
Üzəri parlaq və yapışqan olmayan xəmir əldə edənədək yoğurun.
Üzərinə nəm dəsmal örtərək 20 dəqiqə gözlədin.
Xəmirinizi 70 qramlıq hissələrə ayırın.
Yuvarlayın və oxlov ilə yayın.
Ağ pendir və doğranmış cəfərini qarışdırın.
İçliyi xəmirin ortasına yerləşdirib yarım-ay şəklində bağlayın və kənarlarını basdıraraq birləşdirin.
Daha sonra otaq temperaturunda 40 dəqiqə saxlayın.
Poğaçanın üzərinə çırpılmış yumurtanı sürtün və 200 dərəcə sobada 20 dəqiqə bişirin.





Наабай ачыткысы