Ponçik

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva aktiv quru maya 100q.

4 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:

1 yemək qaşığı Yuva Aktiv quru maya (10 q )
4.5   su stəkanı un  (500 q)
2.5 çay stəkanı süd (250 q)
1 çimdik duz
1/2 çay stəkanı şəkər pudrası (50 q )
2 ədəd yumurta sarısı
1 paket vanil
4 yemək qaşığı marqarin (80 q )
Qızardılması üçün duru yağ
Qarnir üçün:
Əzilmiş fındıq
Hindistan cevizi
Əzilmiş badam
Şokolad sousu üçün:
1/2 su stəkanı şokolad (90 q)
1 yemək qaşığı süd (10 q)
*İstifadə etdiyiniz hər bir ərzağın otaq temperaturunda olması daha yaxşı nəticə əldə etmənizə yardım edəcək.

HAZIRLIQ
Yuva aktiv mayanı ilıq süd ilə açın.
Qarışığa un, duz, şəkər pudrası, yumurta sarıları, yumşaldılmış marqarin və vanil əlavə edib elastik xəmir əldə olunanadək yoğurun.
Üzərini nəm dəsmal ilə örtərək ikiqat şişənədək gözləyin.
Oxlov ilə 1 sm qalınlığında açın, bıçaq və ya stəkan ilə halqa şəklində xəmirlər kəsin.
Qaynar yağda hər iki üzünü qızardın və tavaya düzün.
Şokoladı bir qabda əridərək süd ilə qarışdırın.
Qızartdığınız xəmirlərin bir üzünü şokolad sousuna batırın.
Sousa batırılmış xəmirlərin üzərini əzilmiş fındıq, badam və ya hindistan cevizi ilə bəzəyin.

Наабай ачыткысы