Qarğıdalı Unlu Poğaça

Your Yuva helper for this recipe:

Recipes popup image
Saf-instant mayası (11 g)

6 porsiya üçün nəzərdə tutulub
İnqrediyentlər

Xəmir üçün
2 xörək qaşığı Yuva mayası (11 g)
1,5 stəkan qarğıdalı unu (150 g)
3,5 stəkan buğda (350 g)
1 fincan yağsız süd (200 ml)
1,5 fincan ilıq su (50 ml)
3 xörək qaşığı bitki yağı (25 g)
1 çay qaşığı duz (10 g)
1 xörək qaşığı şəkər (10 g)
1 xörək qaşığı yağlığı az olan kərə yağı (10 g)
1 ədəd yumurta
İçi üçün
200 g az yağlı pendir
5-10 yarpaq yaşıl soğan
3 budaq incə doğranmış cəfəri
Üstü üçün
1 ədəd yumurta
2 çimdik susam toxumu

Hazırlanması
1)Bir qabda bütün xəmir üçün nəzərdə tutlan inqrediyentləri qarışdırıb, xəmiri homojen olana qədər yoğurun. Təmiz dəsmal ilə örtüb 10 dəqiqə saxlayın.
2) Xəmiri 70 g olan parçalara bölün, təmiz dəsmal ilə örtüb 5-10 dəqiqə saxlayın.
3) Ayrı bir qabda doğranmış yaşıl soğan və  pendiri qarışdırın.
4) Oxlov ilə hər bir kündəni dairə formasında açın. Üstünə pendirli içliyi qoyub yayın, sonra isə xəmiri örtün.
5) Yağlanmış qabın içinə qoyub nəm dəsmal ilə örtün. Otaq temperaturunda (25°C -28°C) 1-1,5 saat xəmirin qalxmasını gözləyin.
6) Yumurtanı döyüb xəmirin üstünə çəkin, sonra isə susam toxumu səpin.
7) Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin.
 

Наабай ачыткысы