Your Yuva helper for this recipe:

Recipes popup image

• 4.5 su stəkanı un
• 1 yemək qaşığı “Yuva” Aktiv Quru Maya
• 1.5 su stəkanı su
• 1 çay qaşığı duz
• 1 çay qaşığı şəkər
• 1 yemək qaşığı duru yağ

İçlik üçün :
• 500 q qiymə
• 2 ədəd soğan
• 3 ədəd yaşıl bibər
• 2 yemək qaşığı dolmalıq fıstıq
• 2 ədəd pomidor
• 0.5 dəstə cəfəri
• 0.5 çay qaşığı üyüdülmüş qırmızı bibər
• 1 çay qaşığı duz
• 2 yemək qaşığı duru yağ

1) Mayanı xəmir üçün istifadə edəcəyiniz ilıq suda həll edib 10 dəqiqə saxlayın.
2) Un, həll edilmiş maya, duz, şəkər və duru yağı qarışdırıb, yoğurun. Homogen və ələ yapışmayan xəmir əldə edənədək yoğurmağa davam edin.
3) Üstünü nəmli bir dəsmalla örtüb, 25 dəqiqə mayalanmağını gözləyin.

İçlik üçün,
4) Doğranmış soğan, yaşıl bibər və dolmalıq fıstıqları duru yağda təxminən 5 dəqiqə qovurun.
5) Qiyməni əlavə edib, suyunu çəkənə qədər bişirin. Xırda-xırda doğranmış pomidor, cəfəri, üyüdülmüş qırmızı bibər və duz əlavə edib, 2 dəqiqə də bişirin və soyudun.
6) Xəmiri 6 bərabər hissəyə bölərək, hər kündəni nərdənə ilə kiçik dairə formasında yayın.
7) Ortasına içlik qoyun. Kənarlarını ortaya doğru qatlayıb birləşdirin. Tərs çevirin və yağlanmış listə düzün.
8) Üstünə yağ çəkib, otaq temperaturunda 20 dəqiqə gözlədin.
9) Əvvəldən 200-210oC qızdırılmış  sobada təxminən 30 dəqiqə bişirin.





Наабай ачыткысы