Qozlu, Karamelli Piroq

Your Yuva helper for this recipe:

Recipes popup image

• 1.5 su stəkanı un 
• 1 yemək qaşığı “Yuva” Aktiv Quru Maya”
• 5 yemək qaşığı şəkər
• 0.5 çay stəkanı süd
• 1 paket vanil
• 1 ədəd yumurta 
• 0.5 çay qaşığı duz
• 4 yemək qaşığı kərə yağı    
                                                       
İçlik üçün:
• 2 ədəd yumurta
• 1 yemək qaşığı şəkər pudrası
 • 1 su stəkanı üyüdülmüş qoz ləpəsi
• 4 yemək qaşığı kərə yağı    
                                    
 Karamel üçün:
• 100 q krem                                                                  
 • 1.5 çay stəkanı şəkər 
• 1 paket vanil                                        
 • 1.5 yemək qaşığı kərə yağı  
                           
Üstü üçün:
• 2.5 su stəkanı qoz ləpəsi                         

Mayanı ilıq süddə həll edib 10 dəqiqə saxlayın.

1- Un, asan həll olan maya, şəkər, vanil, yumurta sarısı və duzu birlikdə qarışdırıb, yoğurun. Kiçik hissələrə ayırdığınız kərə yağını əlavə edin. Homogen, üstü parlaq və ələ yapışmayan xəmir əldə edənədək yoğurmağa davam edin. 
2- Xəmiri nərdənə ilə açın. Yağlanmış və unlanmış piroq qəlibinə xəmiri yayın və çəngəl batıraraq bir neçə yerini deşin.
3- İçlik üçün, yumurtaları və şəkər pudrasını ağ kütlə əldə edənədək çalın. Üstünə üyüdülmüş qoz ləpəsi və əridilib soyudulmuş kərə yağı tökün.
4- İçliyi xəmirin üstünə əlavə edin. Əvvəldən 200°C-də qızdırılmış sobada, təxminən 20 dəqiqə bişirin və soyudun.
5-  Karamel hazırlamaq üçün, şəkəri vam odda karamelizə olanadək əridin. Üstünə smetan, vanil və kərə yağı əlavə edin.
6- Bişmiş piroqun kənarına qoz ləpələrini dairəvi şəkildə düzüb, ortasına xırda ləpə qırıntıları səpin. Hazırladığınız piroqun üstünə karameli dairəvi hərəkətlərlə tökün. İstəyə görə şəkər pudrası səpə bilərsiniz.

@Dadli_metbexim_es tərəfindən hazırlanan reseptin videosuna baxmaq istəyirsinizsə buraya daxil olun 
https://www.instagram.com/p/CN1vHNGBkFE/





Наабай ачыткысы