Sambusek

Your Yuva helper for this recipe:

Recipes popup image

Xəmir üçün:

1 paket Yuva Hoba mayası 11 qr
4,5 fincan un (500 qr)
1 fincan + 1 çay stəkanı su (300 qr)
2 çay qaşığı duz (8 qr)
2 xörək qaşığı kərə yağı (50 qr)

 

İçi üçün:
300 qr qiymə
3 ədəd soğan
bir çimdik duz

 

Hazırlanması:
Soğanları doğrayın, qiyməni əlavə edin, duzlayıb istiotlayın.

 

Yağdan başqa xəmir üçün olan bütün maddələri qarışdırın və hamar bir xəmir hazırlayana qədər yoğurun. Xəmiri təxminən 100 qr mandarin ölçülü bərabər kündələrə bölün və incə şəkildə yuvarlayın. Kündələri nəmli bir dəsmal altında 20-25 dəqiqə dincəlməyə qoyun.

 

Xəmiri oxlov ilə kiçik lavaş ölçüsünə gətirin, otaq temperaturunda yumşaldılmış kərə yağını üstünə yayın. Xəmir bitənə qədər prosesi təkrarlayın. Sonuncu qatı yağlamayın. Alınmış lavaşları bir-birinin üstünə yığıb oxlovla bərk üstündən keçin. Sonra isə xəmiri əlnən rulon formasına bükün. Dondurucuda 15-20 dəqiqə saxlayın.

 

Xəmir ruleti 2 sm aralıqla kəsin. Alınmış parçaları əvvəl əlinizlə basıb, sonra isə oxlov ilə yuvarlak formalara yayın. Xəmirin içinə bir xörək qaşığı qiymə goyub, onu üçbucaq şəklində bükün. Yağlanmış soba qabına üçbucaqları bağlandığı yeri aşağı tərəf goyun. Üçbucaqların üstünə yumurta yaxıb, qara zirə toxumları səpin.  

 

Əvvəlcədən isidilmiş sobada 170-180 ° C dərəcədə 15-20 dəqiqə bişirin. Masaya qaynar verin.

Наабай ачыткысы