Şəkərbura

Your Yuva helper for this recipe:

Recipes popup image
Yuva maya ( 5,5q)

Xəmir üçün: 
1/2 x/q Yuva maya ( 5,5q) 
1 x/q şəkər tozu (6q)
1/2 fincan ilıq süd (125ml / 125q)
1/4 x/q duz (4,5q)
1/2 x/q vanil 
5 yumurta sarısı
3-cü mərhələ üçün 1kq buğda unu (yalnız ağ) + 1 x/q un (10 q) 
400q duzsuz yağ, iri dilimlərə bölünmüş 
250q xama 
İçi üçün:
700q fındıq, badam və ya qoz ləpəsi
700q şəkər tozu
2 ç/q əzilmiş hil 


Bişirmə Ölçüləri:
"x/q" xörək qaşığı deməkdir
"ç/q" çay qaşığı deməkdir

Xəmir üçün: 
1. Un və yağı böyük bir qaba tökün və qarışdırın (un-yağ qarışığı).
2. Digər bir kiçik qabda isə yumurtaların sarısı, xama, duz və vanili qarışdırın (yumurta-xama qarışığı).
3. Digər bir kiçik qabda maya, 1 x/q un, 1 x/q şəkər tozu və 1/4 fincan ilıq südü qarışdırın və 2 dəqiqə saxlayın (maya qarışığı). 
4. Bütün qarışıqları (un-yağ qarışığı, yumurta-xama qarışığı və maya qarışığı) bir qabda birləşdirin.  
5. Bütün inqrediyentləri əlinizlə qarışdıraraq xəmir hazırlayın. Xəmiri yoğuracağınız yerə qoyun və ayrıca qabda qalan 1/4 fincan ilıq südü əlavə edin. Xəmiri tam hazır olanadək bir neçə dəqiqə yoğurun. 
6. Xəmiri yumrulayın, onun üzərini plyonka ilə örtün və 30 dəqiqə saxlayın. 
İçi üçün:
7. Ləpədən istifadə edirsinizsə, onu mətbəx robotu vasitəsilə üyüdün. Bir qabda üyüdülmüş ləpələri şəkər tozu ilə qarışdırın və üzərinə hil və vanil əlavə edərək bir də qarışdırın.
8. Xəmiri 36 kündəyə ayırın, onların hər biri 50 q olmalıdır. 
9. Kündələri bir-bir yayın, hər bir kündəni 10 sm ölçülü dairə şəklində yayın.
10. Hər bir kündənin ortasına 2 x/q iç qoyun və kündəyə yarım ay forması verin. 
11. Kündənin ucunu buraraq ona forma verin. 
12. Hazır bişintiləri sobanın folqa kağız sərilmiş padnosuna düzün. 
13. Kündələrin üzərinə maqqaşla aşağıdakı şəkildə göstərilmiş qaydada forma verin. Maqqaşınız olmadıqda kündənin üzərinə heç bir forma vermədən saxlaya bilərsiniz.  
14. Kündələri onlar açıq qəhvəyi rəng alanadək əvvəlcədən isidilmiş sobada 175° C temperaturda 15-20 dəqiqə bişirin. 





Наабай ачыткысы