Your Yuva helper for this recipe:

Xəmiri üçün:
1 + 1/4 çay qaşığı Yuva Aktiv Quru maya
½ stəkan (125ml) ilıq su
3 stəkan (470g) əla növ buğda unu
1 ½ çay qaşığı duz
1 xörək qaşığı şəkər tozu
½ stəkan (125ml) süd
1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) – qeyd: yumurtalar otaq hərarətində olmalıdır
½ stəkan (125ml) duru yağ
Kartoflu İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
4 ədəd orta boy kartof
1/3 stəkan xırda doğranmış şüyüd (və yaxud keşniş ya da cəfəri)
zövqə görə duz
zövqə görə istiot
Ətli İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
400 g çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot
Xəmir hazırlanması:
1- Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın.
2- Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun.
3- Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmalalıdır.
4- Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 1 ½ -2 saat ərzində isti yerdə gəlməyini gözlərin.
5- Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.
Kartofulu hazırlanması:
1- Kartofu suda bişirib, qabığını soyun və pöre halına gələnədək əzin.
2- Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın.
3- Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.
Ətli İçin hazırlanması:
1- Tavada yağı qızdırın. Söğanı bu yağda yumuşalanadək qızardın.
2- Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın.
3- Zövgə görə duz və istiot vurub, qarışdırın.
4- Bu qarışığı ət maşınından bir dəfə keçirin – bu, için lopa lopa olmaması, və narın olması üçün edilir.
5- Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 cm olmalıdır.
6- Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 cm dairələr əldə edənə kimi kənarlarını çəkin.
7- Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.
8- Pirojkiləri tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun.
9- Bu müddət ərzində pirojkilər bir az şişəcək. Sobanı 180C dək istidin.
10- Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin.
