Türk Paxlavası

Your Yuva helper for this recipe:

Recipes popup image

Xəmir üçün:
1/2 xörək qaşığı Yuva mayası (5,5g)
1 xörək qaşığı şəkər tozu (6g)
1/2 fincan ilıq süd (125g)
1/4 xörək qaşığı duz (4,5g)
1/2 xörək qaşığı vanilin
5 ədəd yumurta sarısı
1kg buğda unu (yalnız ağ un) + 1 xörək qaşığı un (10 g) 3cü addım üçün
400g böyük tikələrə kəsilmiş duzsuz kərə yağı
250g xama

İç üçün:
700g püstə
700g of şəkər tozu
2 çay qaşığı üyüdülmüş hil

Sirop üçün:
2 fincan şəkər (400g)
1 fincan su (250 ml)
1 xörək qaşığı limon soku

Xəmir üçün:
1. Böyük bir qabda unla kərə yağı qarışdırın. (un-kərə yağı qarışığı)
2. Başqa kiçik bir qabda yunurta sarısını, xamanı, duzu və vanilini qarışdırın. (yumurta-xama qarışığı)
3. Ayrı balaca kəsada maya ilə 1 xörək qaşığı un və 1 xörək qaşığı şəkər tozu qarışdırıb 1/4 fincan ilıq süd əlavə edin. (maya qarışığı)
4. Bütün qarışıqlar bir qabda qarışdırın. (un-kərə yağı qarışığı, yumurta-xama qarışığı və maya qarışığı)
5. İngrediyentləri əlinizlə xəmir bərkənə qədər qarışdırın. Xəmiri iş səthinə qoyun və qalan 1/4 fincan ilıq südü ayrı qaba süzün. Xəmirin hamar olması üçün bir neçə dəqiqə yoğurun.
6. Xəmiri bir top formasına salın, mətbəx plenkası ilə örtün və 30 dəqiqə saxlayın.

İç üçün:
7. Artıq təmizlənmiş püstədən istifadə edirsinizsə, onu blenderde üyüdün. Bir qabda üyüdülmüş püstəni şəkər, hil və vanilinlə qarışdırın.
8. Xəmiri 36 kündələrə bölün, hərəsi 50g olmalıdır.
9. Kündələri bir bir 10 sm dairə halına yayın.
10. Hər kündənin ortasına 2 xörək qaşığı iç doldurun və xəmirə yarım ay formasını verin.
11. Kenarları bəzəmək üçün xəmiri barmaqlarınızla bükün.
12. Xəmiri pergament kağızı ilə sərilmiş formasına qoyun.

Sirop üçün:
13. Aşağıdakı şəkillərdəki kimi xəmiri bəzəmək üçün xəmir səthini maqqaş ilə düzəldin. Maqqaş olmadıqda, xəmirin üst hissəsi naxışsız qalsın.
14. Qabaqcadan qızdırılmış sobada 175°C-də 15-20 dəqiqə açıq-qəhvəyi rəng alınmasına qədər bişirin.

Siropun hazırlanması:
Kiçik bir qazanda şəkəri suda həll edib qaynadın. Sonra isə mayeni şərbət halına gələnə qədər az qazda saxlayın.
Fırından çıxan kimi paxlava üzərinə sərin şərbəti  tökün.

Not: İç üçün arzu olunan bir komponent istifadə edilə bilər. (məsələn qoz)

 

Наабай ачыткысы