Vatruşka
Your Yuva helper for this recipe:

6 NƏFƏRLİK
MADDƏLƏR
Xəmir üçün:
1 ç/q Yuva maya (3,5q)
3 x/q duru yağ (40q)
5 fincan un (550q)
2 yumurta
3 x/q şəkər tozu (18q)
2 fincan süd (300ml / 306q)
2 xörək qaşığı yağ (30q)
İçi üçün:
4 x/q şəkər tozu (24q)
1 ç/q vanil
500q kəsmik
Bişirmə Ölçüləri:
"x/q" xörək qaşığı deməkdir
"ç/q" çay qaşığı deməkdir
Xəmir üçün:
1. Südü bir az isidin. Şəkər tozu və maya əlavə edərək qarışdırın və 5 dəqiqə saxlayın.
2. Unu ələkdən keçirin və onun yarısını, yəni 2,5 fincan unu məhlula əlavə edin, və xama qatılığını əldə edənədək qarışdırın.
3. Qabın üzərinə dəsmal örtün və bir saat saxlayın.
4. Bir yumurtanı və unun qalan hissəsini məhlula əlavə edin və xəmir yoğurun. Xəmir ələ yapışmamalı, lakin yumşaq olmalıdır. Əgər xəmir əlinizə yapışırsa bir az da un əlavə edin. Daha sonra yavaş-yavaş məhlula yağı əlavə edin və bircinsli xəmir əldə edilənədək onu yoğurun.
5. Duru yağ əlavə edərək bir də yoğurun.
6. Xəmiri kündələrə ayırın və qaba qoyun, və otaq temperaturunda 60 dəqiqə saxlayın.
7. Xəmiri 16 və ya 18 kündəyə ayırın.
8. Kündələri sobanın padnosuna düzərək üzərini dəsmalla örtün və 15 dəqiqə saxlayın.
İçi üçün:
9. Kəsmik və vanili bir qabın içərisində çəngəllə qarışdırın.
10. Əldə edilmiş qarışığı hər bir kündənin içərisinə yerləşdirin.
11. Digər yumurtanı kasada çırpın və kündələrin üzərinə sürtün.
12. Onları əvvəlcədən isidilmiş sobada 180° C temperaturda 20 dəqiqə bişirin.
