Bir çoxumuz pandemiya günlərində özümüzü qorumaq üçün evdə qalırıq. İndiyə qədər təxirə saldığınız bütün işləri görmək üçün bu vaxt əlverişli ola bilər. Uşaqlar üçün öyrənməyi təşviq edərkən darıxmamaq üçün bu fəaliyyətlərə cəhd edin. Evdə hər kəs üçün kifayət qədər yer və fəaliyyət var. ❤️

1.Oxumağın vaxtı gəldi

Övladlarınızın oxumadığı və ya orada-burada buraxdığı kitabları toplayın və uşaqların öz kitabxanalarını yaratmalarına icazə verin. İndi oxu vərdişini inkişaf etdirmək üçün mükəmməl zaman ola bilər. Kitablar onlara ümid etdiklərindən daha çox ilham gətirə bilər. ?

2.Heç vaxt hazırlamadığınız reseptləri sınayın

Əksər uşaqlar şirniyyat, peçenye və sağlam un məmulatları sevirlər və məhz indi uşaqların bişirmə təcrübəsinə başlamaq üçün əla vaxt ola bilər.Bacarıqları öyrənmək, riyaziyyat tətbiq etmək və reseptlər oxumaqla bütün bişirmə proseslərində iştirak etməyi sevəcəklər. Ancaq ən əsası birlikdə vaxt keçirmək və dəyərli anları bölüşməkdir. Bişirməklə evdə yaxşı vaxt keçirə bilərsiniz.

Özünüz sınamaq üçün https://yuvaasia.com/az/recipes saytımızda  reseptlərimizə baxa bilərsiniz!

3.Rol oyunu üçün geyimlər

Ad günü məclislərində maskarad kostyumu geyinmək üçün gözləməyə ehtiyac yoxdur…Super qəhrəmanlardan tutmuş heyvanlara və ya şahzadəyə qədər… Uşaqlarınız bəzəmək fürsətini çox sevəcəklər. Uşaqlar öz sevimli personajlarını həyata gətirmələri üçün özlərinə asan kostyum hazırlamağı öyrənə bilərlər. Bu isə həm əyləncə həm də yaradıcı məşğuliyyət ola bilər.

4.DIY layihələri

Bəlkə də həmişə xəyal etdiyiniz qarajı qurmağın vaxtı gəldi. Heç qarajınız yoxdursa fərq etməz. Hamımız bilirik ki, “Özün et” son illərdə çox populyar olub, lakin iş bizə ilham verən ideyaları həyata keçirməyə imkan vermirdi. DIY layihə fikirləri sizə evdə qalarkən sənətkarlıq və yaradıcılıqla məşğul olmağa ilham verəcəkdir. Evdə qalarkən niyə də eviniz üçün uşaqlarla bir şey etməyəsiniz? Bu sizi həm məşğul edəcək həm də yaradıcılığınızdan istifadə etməyə imkan verəcəkdir.

5.Birlikdə sənədli filmlərə baxın

Çox film izləməkdən bezib alternativ axtarırsınız? Bir az daha maraqlı bir şey izləməyə çalışaq. Sənədli filmlər uşaqlar üçün həm təhsil, həm də emosional olaraq güclü xarakteristikaları daşıya bilər. Siz sadəcə övladlarınızı maraqlandıran mövzuları tapmalısınız. Əslində bəzi uşaqlar elmi sevir, digərləri heyvan sənədli filmlərinə diqqət yetirirlər. Buna görə popcorn hazırlayın, amma bu dəfə adi bir film üçün deyil. İndi ailəni toplayıb uşaqları valeh etmək üçün seçim etmək vaxtı gəldi.

6.Evdə onlayn idman dərsləri

Artıq bir çoxumuz aktiv olmağımız və ya qalmağımız barədə düşünməyə başladıq. Gündəlik rejiminiz olmasa belə evdə çoxlu müxtəlif məşqlərə cəhd edə bilərsiniz. Əsas o dur ki, sağlamlığınızı qorumaq üçün aktiv olmağınız lazım olduğunu unutmayın. Sosial mediada #StayInWorkOut haştəqından istifadə edərək bütün ailə üçün çoxlu məşq tapa bilərsiniz. Ayrıca, uşaqları bu şəkildə idmana alışdıra bilərsiniz. Bu günlərdə aktiv olmaq, hər zamankindən daha vacibdir.

7.Xarici dil öyrənin

Məktəblər bağlanıb, amma təhsil evdə davam edir. Və təhsilin bir hissəsi olaraq xarici dillər yeni qapılar aça və övladlarınızı yeni bir mədəniyyətlə tanış edə bilər. Beləliklə, uşaqların məktəb dərslərinə əlavə olaraq ingilis dilini inkişaf etdirməsinə kömək edə bilərsiniz. Uşaqların televizor və iPad-lərlə keçirdikləri vaxtı azaldaq və xarici filmlərə baxaraq ingilis dilini başa düşməyə təşviq edək. ?